Bakıda avtomobil idaretmədən çıxaraq idman zalına çırpılıb, sürücü ölüb

Hadisə
  • 28 aprel, 2025
  • 08:59
Bakıda avtomobil idaretmədən çıxaraq idman zalına çırpılıb, sürücü ölüb

Bakıda avtomobil idarətmədən çıxaraq idman zalına çırpılıb.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti