Bakıda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib

Bakıda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 Noyabr , 2019 07:05
Bakıda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu yolun müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi