Bakıda avtomobil aşdı, 2 qardaş öldü

Bakıda avtomobil aşdı, 2 qardaş öldü Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
1 Aprel , 2020 11:59
Bakıda avtomobil aşdı, 2 qardaş öldü
0 : 00
0 : 00

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, martın 31-i saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi