Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən qaçıb

Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən qaçıb Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib
Hadisə
23 Noyabr , 2017 08:35
Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən qaçıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda ahıl qadını avtomobil vuraraq qaçıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Balaxanı qəsəbəsində yolu keçmək istəyən 1956-ci il təvəllüdlü Babayeva Rəfiqə Fərhad qızını minik avtomobili vurub. Yaralı ağır xəsarət alıb. 

Hadisəni törədən sürücü yaralıya kömək göstərmək əvəzinə, hadisə yerini avtomobili ilə birlikdə tərk edib. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi