Bakıda avtomobil 82 yaşlı piyadanı vuraraq öldürüb

Hadisə
  • 31 avqust, 2022
  • 05:17
Bakıda avtomobil 82 yaşlı  piyadanı vuraraq öldürüb

Bakıda avtomobil 82 yaşlı kişini vuraraq öldürüb.

"Report" xəbər verir ki, hadisə avqustun 30-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Ruslan Qəşəm oğlu Baxışovun idarə etdiyi "Toyata Prius" markalı avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Əliqulu Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi