Bakıda avtomobil 58 yaşlı qadını vuraraq öldürüb - FOTO

Bakıda avtomobil 58 yaşlı qadını vuraraq öldürüb - FOTO Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
22 Noyabr , 2016 10:09
Bakıda avtomobil 58 yaşlı qadını vuraraq öldürüb - FOTO

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakıda 58 yaşlı qadını avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Belə ki, yolu keçmək istəyən 58 yaşlı Əsədullayeva Kainat Lətif qızını yüksək sürətlə hərəkət edən 90 HL 031 dövlət qeydiyyat nişanlı "NİVA" markalı avtomobil vurub.

Hadisəni törədən avtomobilin sürücüsü Əliyev Rüstəm Əbdulxalıq oğlu qadını xəstəxanaya çatdırıb. Xəstəxanaya çatdırılan K.Əsədullayevin öldüyü məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Avtomobil cərimə meydançasına aparılıb. R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi