Bakıda avtomobil 55 yaşlı qadını vuraraq ərazidən uzaqlaşıb

Bakıda avtomobil 55 yaşlı qadını vuraraq ərazidən uzaqlaşıb Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
18 Yanvar , 2017 09:43
Bakıda avtomobil 55 yaşlı qadını vuraraq ərazidən uzaqlaşıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda avtomobil 55 yaşlı qadını vuraraq ərazidən uzaqlaşıb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, yol kənarı ilə hərəkət edən 55 yaşlı Abbasova Elmira Adil qızını naməlum markalı avtomobil vurub və ərazidən uzaqlaşıb. E.Abbasova ağır xəsarət alıb. O, yoldan keçən digər avtomobillərin sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi