Bakıda avtomobil 53 yaşlı kişini vurub

Hadisə
  • 31 yanvar, 2024
  • 04:58
Bakıda avtomobil 53 yaşlı kişini vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Manafov Əfqan Kərim oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti