Bakıda avtomobil 44 yaşlı qadını vuraraq xəsarət yetirib

Bakıda avtomobil 44 yaşlı qadını vuraraq xəsarət yetirib Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 Oktyabr , 2019 22:56
Bakıda avtomobil 44 yaşlı qadını vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində baş verib.

Avtomobil yolu keçən piyada, 1975-ci il təvəllüdlü İbrahimova Könül İsa qızını vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatları araşdırılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi