Bakıda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb

Bakıda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb Yolu keçmək istəyən Lamiyə Quliyevanı avtomobil vurub
Hadisə
31 May , 2017 07:36
Bakıda avtomobil 38 yaşlı qadını vuraraq öldürüb

Bakı. 31 may. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızını avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi