Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Nizami rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Piknik" kafesinin yaxınlığında qeydə alınıb.
Belə ki, 27 yaşlı İsmayılov Rəşid İsmayıl oğlu yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.