Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib Bakıda avtomobil piyadanı vuraraq digər avtomobilin üstünə atıb.
Hadisə
19 Yanvar , 2020 22:21
Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil piyadanı vuraraq digər avtomobilin üstünə atıb.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

“İnşaatçılar” metrostansiyasının yaxınlığında Rəşad adlı 22 yaşlı gənc (soyadı dəqiqləşdirilir-red) yolu keçərkən onu avtomobil vurub. Piyada zərbənin gücündən digər avtomobilin üzərinə düşüb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi