Bakıda avtomobil 10 yaşlı velosipedçini vurub

Bakıda avtomobil 10 yaşlı velosipedçini vurub Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 İyun , 2021 04:52
Bakıda avtomobil 10 yaşlı velosipedçini vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Velosipedlə yolu keçən 2011-ci il təvəllüdlü Cəfərli Vaqif İmran oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi