Yuxarı

Bakıda avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb

Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur

Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda fərdi avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fərdi avtodayanacaqdakı gözətçi köşkündə yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada gözətçi işləyən qəsəbə sakini İlqar Əliyevin yanmış meyiti tapılıb.

Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi