Bakıda avtobusun qarşısını kəsən şəxs: “Peşmanam”

Bakıda avtobusun qarşısını kəsən şəxs: “Peşmanam” Bakı. 29 avqust. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.
Hadisə
29 Avqust , 2018 12:09
Bakıda avtobusun qarşısını kəsən şəxs: “Peşmanam”
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşları Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə “Report”a Komitədən məlumat verilib.

Monitorinqdə komitə sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib. Monitorinqin məqsədi saxlanılan şəxslərin vəziyyəti ilə tanış olmaq olub. Komitədən bildirilib ki, monitorinq zamanı hər hansı neqativ hala rast gəlinməyib, təcridxanada bütün tələblərə əməl olunur.

Monitorinq zamanı 11 saxlanılan şəxslə görüş keçirilib. Onların saxlanma şəraitindən şikayətləri olmayıb.

Monitorinq iştirakçıları bir neçə gün öncə, Bakının Nərimanov rayonu, Xətai prospektində 199 saylı marşrut avtobusunun qarşısını kəsdiyinə görə 30 sutka həbs edilən Quba rayon sakini Nəbi Ağayevə də baş çəkiblər. N.Ağayev hadisəni içkili vəziyyətdə törətdiyini, hadisədən peşman olduğunu bildirib. O, təcridxanadakı rəftardan razı qaldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi