Bakıda avtobuslarda qadınların çantasından pul oğurlayan keçmiş məhkum saxlanılıb

Bakıda avtobuslarda qadınların çantasından pul oğurlayan keçmiş məhkum saxlanılıb Bakı. 1 mart. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub.
Hadisə
1 Mart , 2019 11:38
Bakıda avtobuslarda qadınların çantasından pul oğurlayan keçmiş məhkum saxlanılıb

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib. 

Araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi