Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda oğurluq edən qadın saxlanılıb. "Report"un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, 202 saylı xətt avtobusunda Bakı şəhər sakini Ayxan Əliyevin cibindən içərisində 131 manatı və şəxsiyyət vəsiqəsi olan pul kisəsi oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Nigar İbrahimova saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.