Yuxarı
    Bağlamaq

    ​Bakıda avtobus qəza törədib, yaralanan var - FOTO

    Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib

    Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda sərnişin daşıyan marşrut avtobusu qəza törədib. “Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda, keçmiş “Komsomol” dairəsində baş verib.

    Belə ki, 49 saylı marşrut avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda sərnişinlər olsa da, onlar xəsarət almayıb.

    Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib. Belə ki, sürücülər bir-birinə yol verməyib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi