Bakıda sərnişin avtobusu qaçırılıb

Bakıda sərnişin avtobusu qaçırılıb Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
11 Mart , 2017 12:24
Bakıda sərnişin avtobusu qaçırılıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qaçırılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakini Bəxtiyar Məmmədova məxsus “Daewoo” markalı avtobus qaçırılıb və həmin gün Biləcəri qəsəbəsində yolun kənarındakı maneəyə vurulub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Soltan Meybullayev tutulub.

Son xəbərlər

Orphus sistemi