Bakıda avara və dilənçiliyə cəlb edilən uşaqların sayı açıqlanıb

Hadisə
  • 14 yanvar, 2022
  • 11:58
Bakıda avara və dilənçiliyə cəlb edilən uşaqların sayı açıqlanıb

Ötən il Bakıda avara və dilənçiliyə cəlb edilən uşaqların sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən “Report”a bildirilib ki, 2021-ci ildə paytaxt ərazisində polis əməkdaşları tərəfindən 23 uşağın avara və dilənçiliklə məşğul olması faktı aşkarlanıb.

Eyni zamanda, 9 uşaq qanunsuz əməyə cəlb olunub.