Bakıda atasıgilə qonaq gedən qadın itkin düşüb

Bakıda atasıgilə qonaq gedən qadın itkin düşüb Bakı şəhərində 28 yaşlı qadın itkin düşüb.
Hadisə
16 Noyabr , 2019 11:19
Bakıda atasıgilə qonaq gedən qadın itkin düşüb

Bakı şəhərində 28 yaşlı qadın itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə noyabrın 9-da paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Aynurə Qurbanova qonaq gəldiyi atasına məxsus Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz yeni yaşayış sahəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat veriblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi