Bakıda ata və azyaşlı övladı yol qəzasında ölüb
Hadisə
- 17 fevral, 2025
- 02:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.
Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
01:41
Qətər sahillərində tankerə hücum edilib, xəsarət alanlar var
Digər ölkələr01:16
Yunanıstan ABŞ-dən 4 milyard dollar dəyərində silah alacaq
Digər ölkələr00:44
ABŞ Prezidenti tezliklə daha bir müharibəyə son qoyacağına söz verib
Digər ölkələr00:23
Foto
Albaniya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Digər ölkələr00:16
Tramp Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına mümkün hərbi yardımını müsbət qiymətləndirib
Digər ölkələr00:06
Nigeriyada yaraqlılar 125-dən çox şəxsi öldürüblər
Digər ölkələr23:54
Şahbaz Şərif BMT-ni islahat zamanı inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə almağa çağırıb
Digər ölkələr23:42
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
Digər ölkələr23:35