Bakıda ata qızını bıçaqlayaraq qətlə yetirib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda ata qızını bıçaqlayaraq qətlə yetirib - FOTO - VİDEO - YENİLƏNİB Hadisəni törədən şəxs polisə təslim olub
Hadisə
5574
24 İyul , 2018 09:49
Bakıda ata qızını bıçaqlayaraq qətlə yetirib - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 06:40

Bakı. 24 iyul. REPORT.AZ/ Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəmnində öldürülüb.

"Report" xəbər verir ki, hadisə Həsən Bəy Zərdabi küçəsində baş verib.

Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən İ.Qurbanov polis əməkdaşlarına bildirib ki, rayonda qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün Bakıya gəlib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi