Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib

Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 27-nə təyin edilib
Hadisə
23 Sentyabr , 2017 10:25
Bakıda arvadını xüsusi amansızlıqla öldürmək istəyən şəxs apellyasiya şikayəti verib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Keçmiş arvadını bıçaqlamaqda təqsirləndirilən Kamran Bilalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 27-nə təyin edilib.

İşə hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, K.Bilalov keçmiş həyat yoldaşı Xatirə Bilalovanı qısqanclıq zəminində öldürmək istəyib. O, ötən il noyabrın 15-də Xatirənin avtobus dayanacağına doğru getdiyini görüb, ona yaxınlaşaraq bıçaqla çoxsaylı zərbələr endirib. Sonra isə hadisə yerindən qaçıb. Ağır dərəcəli bədən xəsarətləri almış yaralı xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

K.Bilalov Cinayət Məcəlləsinin 29,120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Bilalov 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi