​Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayıb

​Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası oktyabrın 13-nə təyin edilib
Hadisə
8 Oktyabr , 2015 13:11
​Bakıda arvadını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Ağdaş rayon sakini, 1985-ci il təvəllüdlü Musayev Vüsal Niyazi oğlunun cinayət işi üzrə məhkəməsi başlayıb.

“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində X.Vəliyev küçəsində qeydə alınıb.

Belə ki, V.Musayev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızına bıçaqla bir neçə zərbə vuraraq onu qətlə yetirib. Z.Məmmədova aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Hadisədən sonra ərazidən qaçan V.Musayev Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi