​Bakıda arvadını bıçaqlayan şəxsin cəzası yüngülləşdirilib

​Bakıda arvadını bıçaqlayan şəxsin cəzası yüngülləşdirilib Onun cəzası 11 il 6 ay müddətinə endirilib
Hadisə
7 Mart , 2016 15:43
​Bakıda arvadını bıçaqlayan şəxsin cəzası yüngülləşdirilib

Bakı. 7 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Sadıqov Cəlal Pirşah oğlu barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, C.Sadıqovun cəzası 14 il 6 aydan 11 il 6 ay müddətinə endirilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin aprel ayının 20-də Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Həyat yoldaşı, 66 yaşlı C.Sadıqovla mübahisə edən 52 yaşlı Tamara Sadıqova oğlunun evinə gedib. Daha sonra C.Sadıqov onu bıçaqlayıb. Xəstəxanaya çatdırılan T.Sadıqovanın həyatını xilas etmək mümkün olub. Hadisə yerindən qaçan C.Sadıqov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələriylə ittiham edilib.

2015-ci ilin dekabr ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Sadıqov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Sadıqov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi