Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib
Hadisə
12 Yanvar , 2018 16:32
Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Alim Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş varib. 1956-cı il təvəllüdlü A.Süleymanov qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı N.M-nı (ad, soyad şərti) bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan A.Süleymanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi