Bakıda arvadını baltalayan şəxsin məhkəməsi başlayıb

Bakıda arvadını baltalayan şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib
Hadisə
31 Mart , 2017 13:04
Bakıda arvadını baltalayan şəxsin məhkəməsi başlayıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını balta ilə vurmaqda təqsirləndirilən Yusifov Eldəniz Şirin oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Suraxanı rayonunda baş verib. Hövsan qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 1, mənzil 34 ünvanında yaşayan 1966-cı il təvəllüdlü E.Yusifov evində münaqişə zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ceyhunəyə əvvəlcə bəçaqla daha sonra isə balta ilə zərbələr endirib.

Arvadının baş və boyun nahiyələrinə xəsarət yetirən E.Yusifov daha sonra bıçaqla öz qarın nahiyəsinə də xəsarət yetirib.

Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. E.Yusifov törətdiyi cinayət əməlini etiraf edib. E.Yusifov hadisəni qısqanclıq zəminində törətdiyini söyləyib.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi