Yuxarı

Bakıda aptekə basqın olub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda aptekə bir həftə əvvəl basqın edən şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Belə ki, Nərimanov rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 2-də saat 21:30 radələrində Bakı şəhər sakinləri - Zəkiyyə İsmayılovaya məxsus C.Hacıbəyli küçəsində aptekə daxil olub, bıçaqla Z.İsmayılovanı və orada əczaçı işləyən Almaz Əmirovanı hədələyərək, quldurluq yolu ilə kassadan 280 manat pulu talayıb qaçmaqda şübhəli bilinən Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Röyal Məmmədov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi