Yuxarı

Bakıda aptekdən oğurluq edən şəxs tutulub

Faktla bağlı araşdırma aparılır

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda aptekdən oğurluq edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da Zakir Babayevə məxsus aptekdən 1200 manat oğurlayan Siyəzən rayon sakini, əvvəllər məhkum olunan Rüfət Fətullayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi