Bakıda anbardar işlədiyi obyektdən 14 min manatlıq oğurluq edib

Bakıda anbardar işlədiyi obyektdən 14 min manatlıq oğurluq edib Bakıda anbardar işlədiyi obyektdən 14 min manatlıq oğurluq edib.
Hadisə
253
18 Yanvar , 2022 11:38
Bakıda anbardar işlədiyi obyektdən 14 min manatlıq oğurluq edib

Bakıda anbardar işlədiyi obyektdən 14 min manatlıq oğurluq edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanvarın 11-də paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus Dərnəgül qəsəbəsində yerləşən anbardan naməlum şəxslər tərəfindən 14 min manat dəyərində metal-mis ləvazimatlar oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini İlham Quliyev və tanışı Nasif Qurbanov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, İlham Quliyev hadisə baş verən obyetdə anbardar işləyir. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Nasif Qurbanovu yanvarın 9-da anbara çağrııb. Həmin şəxslər birlikdə oğurladıqları əşyaları Nasif Qurbanovun avtomobili ilə Sabunçu rayonuna apararaq orada metal qəbulu məntəqələrindən birinə satıblar. Əlavə araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər eyni obyektdən əvvəllər də müxtəlif vaxtlarda 3 dəfə oğurluq ediblər. Onların oğurluq etdikləri obyektə gəlib-getmələri inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.

Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

İlham Quliyev və Nasif Qurbanovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi