Bakıda anbardan 22 000 manatlıq bilyard masası oğurlanıb

Bakıda anbardan 22 000 manatlıq bilyard masası oğurlanıb Bakıda anbardan 22 000 manat dəyərində bilyard masası oğurlanıb.
Hadisə
28 Noyabr , 2019 13:12
Bakıda anbardan 22 000 manatlıq bilyard masası oğurlanıb

Bakıda anbardan 22 000 manat dəyərində bilyard masası oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22 000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.QafarovR.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi