Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb

Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.
Hadisə
14 İyun , 2019 16:38
Bakıda ana və qızının intiharı ilə bağlı cinayət işi başlanıb

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində intihar hadisəsi baş verib.

Bakı Şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və onun qızı, 1990-cı il təvəllüdlü Mahmudova Xədicə özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar edib.

Faktı üzrə Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilib və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bəzi saytlar intihar edən şəxslərin “Respublika” qəzetinin baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızı olduğunu yazıb. “Respublika” qəzetindən “Report”a bildirilib ki, redaksiyada İsmayıl Allaverdiyev adlı şəxs çalışmır.

Son xəbərlər

Orphus sistemi