​Bakıda ana və qızını vuran avtobus sürücüsü tutulub - RƏSMİ MƏLUMAT

​Bakıda ana və qızını vuran avtobus sürücüsü tutulub - RƏSMİ MƏLUMAT Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
29 Fevral , 2016 12:45
​Bakıda ana və qızını vuran avtobus sürücüsü tutulub - RƏSMİ MƏLUMAT

Bakı. 29 fevral. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtın mərkəzində ölümlə nəticələnən hadisə ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, fevralın 27-də saat 16:30 radələrində Sumqayıt şəhər sakini Orxan Novruzov idarə etdiyi “Daewoo” markalı, 10 TC 493 dövlət qeydiyyat nişanlı avtobusla paytaxtın Parlament prospektində hərəkətdə olarkən piyadalar - Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Səadət Hüseynova və onun 2000-ci il təvəllüdlü qızı Nuranə Hüseynovanı vurub, nəticədə S.Hüseynova aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzdə vəfat edib, N.Hüseynovanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla yol-nəqliyyat hadisəsinin O.Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi