​Bakıda ana ilə 8 aylıq qızı dəm qazından zəhərlənib, qızı ölüb

​Bakıda ana ilə 8 aylıq qızı dəm qazından zəhərlənib, qızı ölüb Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
24 Mart , 2016 15:44
​Bakıda ana ilə 8 aylıq qızı dəm qazından zəhərlənib, qızı ölüb

Bakı. 24 mart. REPORT.AZ/ Bakı şəhərində dəm qazından ölüm hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə martın 18-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 22 yaşlı Aysel Əsədova rayonun R.Allahverdiyev küçəsində yerləşən evində 8 alıq qızı Jasmin Əsədova ilə birgə dəm qazından zəhərlənib. Daha sonra qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalır. Lakin A.Əsədovanın 8 alıq qızı dəm qazından zənərlənərək vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi