Yuxarı

​Bakıda altımərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb

Bakı. 02 İyun. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan obyektin mətbəxində aparat yanıb, yüksək temperaturdan soyuducunun bir hissəsi və qaz sayğacının üst hissəsi deformasiyaya uğrayıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi