Bakıda ahıl qadın bıçaq xəsarəti alıb

Bakıda ahıl qadın bıçaq xəsarəti alıb Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
9 Dekabr , 2019 01:41
Bakıda ahıl qadın bıçaq xəsarəti alıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

“Sədərək” Ticarət Mərkəzində 1958-ci il təvəllüdlü Həqiqət Mahmudova naməlum şəraitdə bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 1 ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi