Bakıda ahıl kişini minik avtomobili vurub - FOTO

Bakıda ahıl kişini minik avtomobili vurub - FOTO Firudin Babayev 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
9 Dekabr , 2017 01:42
Bakıda ahıl kişini minik avtomobili vurub - FOTO
"Report"

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda ahıl kişini minik avtomobili vurub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Həsən Əliyev küçəsində 1952-ci il təvəllüdlü Babayev Firuddin Nurəddin oğlu yolu keçmək istəyərkən onu 90-FE-557 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili vurub.

Sürücü yaralını öz avtomobili ilə xəstəxanaya çatdırıb. F.Babayev 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi