Bakıda ahıl kişini avtomobil vurub

Bakıda ahıl kişini avtomobil vurub Yaralı bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb
Hadisə
13 İyul , 2018 06:37
Bakıda ahıl kişini avtomobil vurub

Bakı. 13 iyul. REPORT.AZ/ Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi metronun "Neftçilər" stansiyasının çıxışına yaxın ərazidə qeydə alınıb.

1949-cu il təvəllüdlü Abdullayev Zakir Səməd oğlu piyadalar üçün müəyyən edilməmiş yerdən keçərkən onu minik avtomobili vurub. 

Nəticədə o, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Z. Abdullayev təcili yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi