Bakıda ahıl kişi oğlu tərəfindən döyülüb

Bakıda ahıl kişi oğlu tərəfindən döyülüb Onun burunu sındırılıb
Hadisə
10 Yanvar , 2018 08:08
Bakıda ahıl kişi oğlu tərəfindən döyülüb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ata oğlu tərəfindən döyülərək burunu sındırılıb.

"Report" xəbər verir ki, hadisə İlham Şükürov küçəsi 27 ünvanında baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Əsgərov İdris Səfər oğlu oğlu ilə mübahisə edib. Mübahisə zamanı o, döyülüb. Üz və bədən nahiyələrindən xəsarət alan İ.Əsgərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlər onun burun sümüyünün sındığını bildirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi