Bakıda ağır yol qəzası baş verib

Bakıda ağır yol qəzası baş verib Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
1 Dekabr , 2014 11:38
Bakıda ağır yol qəzası baş verib

Bakı. 01 dekabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Belə ki, dekabrın 1-də saat 02:10 radələrində, Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Böyükağa Zeynalovun idarə etdiyi "Vaz 2106" markalı və 1991-ci il təvəllüdlü Şəhriyar Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə, B.Zeynalovun sərnişini, 1993-cü il təvəllüdlü Orxan Təhməzov hadisə yerində olüb. Sürücü B.Zeynalov və digər sərnişini 1993-cü il təvəllüdlü Rayət Ramazanov, “Hyundai” markalı avtomobilin sürücüsü Ş.Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi