Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var

Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var Bu gecə paytaxt Bakıda daha növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 İyun , 2021 07:15
Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var

Bu gecə paytaxt Bakıda daha növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Xəzər rayonunda iki avtomobil toqquşub.

Yol qəzası nəticəsində 1976-cı il təvəllüdlü Əzizova Nazimə Ağarza qızı xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi