Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var Hadisə paytaxtın Yasamal rayonunun Hüseyn Cavid prospektində qeydə alınıb
Hadisə
17 Mart , 2021 22:44
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
0 : 00
0 : 00

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə Yasamal rayonunun Hüseyn Cavid prospektində, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında qeydə alınıb.

"Report"un əldə etdiyi məlumata görə, prospektdə iki avtomobil toqquşub. Hadisə zamanı avtomobillərdən birinin sürücüsü - Azər Şahbazlı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili yardım maşını və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi