​Bakıda ağır qəza: ölən və yaralananlar var

​Bakıda ağır qəza: ölən və yaralananlar var Digər avtomobillərin sürücüləri müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər
Hadisə
277
20 Dekabr , 2014 05:46
​Bakıda ağır qəza: ölən və yaralananlar var

Bakı. 20 dekabr. REPORT.AZ/ Bakıda 1 nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib.

"Report"un məlumatına görə, avto qəza "Azsamand", "Audi", "BMW", "Ford" və "Vaz 2017" markalı avtomobillərin iştirakı ilə baş verib.

Avtomobillərin toqquşması nəticəsində "Azsamand"ın  sürücüsü Qurbanov Sahib Nuşirəvan oğlu hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobillərin sürücüləri isə Hüseynov Rəşad, Axundova Sədaqət, Bağırov Sərxan və Hüseynov Emin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi