Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürülüb

Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürülüb Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri
Hadisə
17 Sentyabr , 2021 16:25
Bakıda ağaclıq ərazidə baş verən yanğın söndürülüb

Bakı şəhərinin Səbail rayonunda ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində söndürülüb.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib.

Əlavə məlumat veriləcək.

15.24

Bakıda ağaclıq ərazidə yanğın başlayıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi