Bakıda ağac köçürülməsi adı ilə 33 min manat alan şəxsin apellyasiya şikayətinə baxılır

Bakıda ağac köçürülməsi adı ilə 33 min manat alan şəxsin apellyasiya şikayətinə baxılır Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinən Elçin Musayevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
3 Sentyabr , 2019 11:40
Bakıda ağac köçürülməsi adı ilə 33 min manat alan şəxsin apellyasiya şikayətinə baxılır

Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinən Elçin Musayevin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib, baxış iclası sentyabrın 16-a təyin edilib.

Qeyd edək ki, E.Musayev Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 34.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə təqsirli bilinib.

İttihama görə, “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş E.Musayev 2017-ci ildə Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmayıb. O, pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla aldığı üçün R.Cabbarlını rüşvət vermə əməlinə təhrik edib.

Son xəbərlər

Orphus sistemi