Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub Eltun İmanov 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
21 Fevral , 2017 12:36
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Eltun İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İmanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyununda Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər sakini Samir Tarverdiyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Səbail Rayon Polis İdarəsinin 8-ci Bolis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən paytaxt sakini E.İmanov tutulub. Hadisənin borc üstündə baş verdiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi