Yuxarı

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Faiq Əliyev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Azərbaycana gələn əcnəbi vətəndaşları qanunsuz yolla başqa bir ölkəyə keçirməkdə təqsirləndirilirlər. F.Əliyev və H.Hüseynov Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi