Bakıda adam bıçaqlayan şəxsin məhkəmə istintaqı başa çatıb

Bakıda adam bıçaqlayan şəxsin məhkəmə istintaqı başa çatıb Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
16 Sentyabr , 2019 12:27
Bakıda adam bıçaqlayan şəxsin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.

Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi sentyabrın 23-də davam edəcək.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. 1997-ci il təvəllüdlü Kürdəmir rayon sakini Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsi “Güllücə” kafesinin yanında 1991-ci il təvəllüdlü Binəqədi rayonu, Gülüstan qəsəbəsi ev 14-də yaşayan Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilov hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi