Bakıda 28 yaşlı kişini bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda 28 yaşlı kişini bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayır Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Tofiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
27 Noyabr , 2019 09:55
Bakıda 28 yaşlı kişini bıçaqlayan keçmiş məhkumun məhkəməsi başlayır

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Tofiq Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Rahib Salmanovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə avqustun 12-si saat 17 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin H.Allahverdiyev küçəsində naməlum şəxs tərəfindən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Cavadova kürək nahiyəsindən daxilə nüfuz edən bıçaqla xəsarət yetirilib.

Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuş Natiq Məmmədov müəyyən olunaraq tutulub.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi